Şəkidə çörək bişirən qadın təndirə düşdü

Şəkidə çörək bişirən qadın təndirə düşdü

Şəkidə çörək bişirən qadın təndirə düşərək yanıb.

"Qafqazinfo" xəbər verir ki, iyunun 9-da axşam saat 22 radələrində rayonun Çəyirli kənd sakini, 1966-cı il təvəllüdlü Fərqanə Firuz qızı Ələsgərova bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan bildirilib ki, müayinə zamanı F. Ələsgərovanın yaşadığı ünvanda təndirə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alması məlum olub.

Hazırda F. Ələsgərovanın müayinəsi davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...