Bakı Limanının ATƏT-lə birlikdə layihəsinin qiyməti 2.5 milyon avrodur

Bakı Limanının ATƏT-lə birlikdə layihəsinin qiyməti 2.5 milyon avrodur

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə birlikdə icrasın başladığı “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin ümumi dəyəri 2,5 mln. avrodur.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT-in İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi, Səfir Vuk Zugic deyib.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi III tərəflərin iştirakı ilə mümkün olacaq: "Bu layihə ekstra maliyyələşmə layihəsidir. Onu maraqlı tərəflər maliyyələşdirəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...