Bu universitetdə saathesabı əməkhaqqı məbləğləri artırıldı

Bu universitetdə saathesabı əməkhaqqı məbləğləri artırıldı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım atılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in Elmi Şurası professor-müəllim heyətinin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması məqsədilə saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğının 3 dəfəyədək artırılması barədə qərar qəbul edib. Qərara əsasən, UNEC-in professor və ya elmlər doktoru üçün saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğı bir saata 10 manat, dosent və ya fəlsəfə doktoru üçün 8 manat, elmi dərəcəsi, elmi adı olmayanlar üçün isə 6 manat müəyyən olunub. Qərar növbəti tədris ilindən qüvvəyə minəcək.

Xatırladaq ki, 2015-cü ildən UNEC-də pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında sağlam rəqabət mühitini gücləndirmək məqsədilə Diffenersial Əmək Haqqı Sistemi tətbiq olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...