İmişlidə şəhid anası şikayətçi düşdü... - "...narahat olmasına ehtiyac yoxdur"

İmişlidə şəhid anası şikayətçi düşdü... -
İmişli rayon Cəfərli kənd sakini Rəhimov Xankişi şəhid ailələrinə verilən 11 min manatlıq birdəfəlik ödənişi ala bilmədiyi ilə bağlı Yeniavaz.com-a şikayət göndərib.

Şikayətçi bildirib ki, ödənişlə bağlı 2 ay əvvəl bütün lazımi sənədləri toplayıb müvafiq yerlərə çatdırsa da onlara heç bir məlumat göndərilməyib.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı ilə danışdıq.

Fazil Talıblı Yeniavaz.com-a açıqlamasında 12 min 268 şəhid vərəsəsinin təxminən 90 faizinə 11 min manat məbləğindəki birdəfəlik ödənişin verildiyini bildirdi: "Qalan 10 faiz şəhid ailəsinə isə yaxın vaxtda ödəniş təqdim ediləcək. Biz hazırda məsələ ilə bağlı işləyirik. Ödənişlərin verilməsi prosesi ilin sonuna qədər olsa da biz çalışacağıq ki, 3-4 ay əvvəldən bütün ödənişlər şəhid ailələrinə çatdırılsın. Bu səbəbdən heç bir şəhid ailəsinin narahat olmasına ehtiyac yoxdur".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
97 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...