Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı - FOTOLAR

Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı -
Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı - FOTO
Sosial şəbəkələrdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərin gənc oğlana yardım etməkdən imtina etməsinə dair xəbər yayılıb.

Oxu.Az xəbər verir ki, məlumat Vüsalə Əlizadə adlı sosial şəbəkə istifadəçisi tərəfindən səhifələrdən birində paylaşılıb.

Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı -


İddia edilir ki, fotoda gördüyünüz gənc vərəm xəstəsidir. Valideynlərinin pulu olmadığından heç bir həkim oğlana yaxın durmur. Gəncin ciyərlərinə su yığıldığı və vəziyyətinin ağırlaşması səbəbindən Bakıya göndərildiyi iddia edilir.

Səhiyyə Nazirliyindən Oxu.Az-a məsələ ilə bağlı rəsmi münasibət bildirilib. Qeyd olunub ki, həmin şəxsin atası ərizə yazaraq xəstxanadan şikayətçi olmadığını və hadisələrin təhrif olunaraq cəmiyyətə təqdim edildiyini bildirib:

Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı -


“Mən Kərimov Kərim Nadir oğlu oğlum Kərimov Sahili Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna taksi ilə gətirdim. Sabirabad rayonundan gəldiyimiz və yolumuz uzaq olduğu üçün oğlumun vəziyyəti yolda ağırlaşdı. Ürəyi bulandı, başı gicəlləndi. Sürücü bizi xəstəxananın qapısında düşürüb getdi. Mən oğlumu pilləkənlərə söykədim və həkimlərdən kömək etmələrini istədim. Növbətçi həkim bizə xərək gətirdi və liftlə oğlumu şöbəyə qaldırdılar. Şöbədə cərrah Məsud həkim tərəfindən uşağıma zəruri tibbi yardım göstərildi. Uşağımın vəziyyəti yaxşılaşdı. İnstitutun əməkdaşlarına qarşı heç bir iradım yoxdur”.
Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı -
Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı -

Məsələ ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun həkim-pulmonoloqu Əliyeva Günay Fəxrəddin qızı da izahat yazıb. O, izahatında xəstəyə pnevmoplevrit diaqnozu qoyulduğu üçün Döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirildiyini bildirib:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...