Qubada elektrik cərəyanı 18 yaşlı gənci vuraraq öldürüb

Qubada elektrik cərəyanı 18 yaşlı gənci vuraraq öldürüb
Quba rayonunda 18 yaşlı gənc ehtiyatsızlığın qurbanı olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Yerfi kəndində baş verib.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Cabir Barat oğlu Babayev çöldə atası ilə qoyun otararkən əlindəki çubuğu alçaqdan keçən elektrik xəttinə vurub. Nəticədə C.Babayevi cərəyan vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...