Analarının zəhərlədiyi uşaqlardan xəbər var

Analarının zəhərlədiyi uşaqlardan xəbər var


Dünən Samuxda və Şamaxıda ehtiyatsızlıq səbəbindən iki uşaq zəhərlənib.

Oxu.Az xəbər verir ki, gecə saatlarında uşaqlara qida və su əvəzinə zəhərli kimyəvi maddə içirilib.

Belə ki, Şamaxı rayonu, Sabir qəsəbəsində üç aylıq Rəhimov Cəlan Cəlil oğluna anası gecə saatlarında qida əvəzinə kerosin (neft) içirib.

Samuxda yaşayan üç yaşlı uşağa isdə ana gecə saatlarında su yerinə səhvən xlorofos verib.

Hər iki uşağın vəziyyəti ağır olduğu üçün Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az- bildirib ki, kerosin içirilən uşağın vəziyyəti normaldır. Xlorofos qəbul edən üç yaşlı uşağın vəziyyəti isə ağır olaraq qalır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...