Cənab prezidentin Qarabağ müharibəsi əlillərinə verdiyi avtomobillərlə yürüş təşkil olunub

Cənab prezidentin  Qarabağ müharibəsi əlillərinə verdiyi avtomobillərlə yürüş təşkil olunub


Noyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə nazirliyinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan avto yürüş keçirilib. Qarabağ istiqamətində “Qarabağ Azərbaycandır Və nida” şüarı altında keçiriliən yürüş dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərlə təşkil olunub. Yurus 3 istiqamətdə eyni zamanda başlayıb: Baki-Tərtər, Biləsuvar-Beylaqan, Qazax-Gəncə. Hər üç istiqamətdə tədbirlər mitinq ilə başlayıb. Marşrut boyu yerləşən Şəhidlər Xiyabanlari ziyarət edilib, şəhidlərin məzarı üzərinə gül dəstələri goyulub. Ümummilli Liderimiz Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbirə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, yürüş iştirakçılarına uğurlar arzulayıb. Qeyd edib ki, düşmənlə bir addımlıqda yaşayan tərtərlilər yaşayış məntəqələrimizi atəşə tutmasına, təxribatlarına baxmayaraq, qəhrəmanlıq nümunəsi göstərir, əsgərlərimizə dəstək olurlar. Rayonda tikinti-quruculuq, abadlıq işləri aparılır, yeni yollar çəkilir, infrastruktur layihələri həyata keçirilir.

Cənab prezidentin  Qarabağ müharibəsi əlillərinə verdiyi avtomobillərlə yürüş təşkil olunub
Cənab prezidentin  Qarabağ müharibəsi əlillərinə verdiyi avtomobillərlə yürüş təşkil olunub
Cənab prezidentin  Qarabağ müharibəsi əlillərinə verdiyi avtomobillərlə yürüş təşkil olunub
Cənab prezidentin  Qarabağ müharibəsi əlillərinə verdiyi avtomobillərlə yürüş təşkil olunub
Cənab prezidentin  Qarabağ müharibəsi əlillərinə verdiyi avtomobillərlə yürüş təşkil olunub
Cənab prezidentin  Qarabağ müharibəsi əlillərinə verdiyi avtomobillərlə yürüş təşkil olunub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...