Ziyad Səmədzadə iqtisadçı ekspertləri tənqid edib

Ziyad Səmədzadə iqtisadçı ekspertləri tənqid edib

“Təəssüf ki, bəzən dövlətin uğurlarını qiymətləndirməyənlər tərəfindən səslənən “holland sindromu”, “lənətlənən neft” faktlarını Azərbaycana aid etmək, Azərbaycan Dövlət Neft Fondunun gördüyü irimiqyaslı işləri dəyərləndirməməyin və milli mənafeyimizə xələl gətirən baxışların heç bir əsası yoxdur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, halbuki ARDNF-in vəsaitlərinin bir hissəsi dövlət büdcəsində nəzərdə tutulan vacib xərclərin ödənilməsinə yönəldilir. Bu da ölkənin iqtisadi gücünün artmasına öz töhfəsini verir: “Heç bir dövlət qlobal risklərdən sığortalanmayıb. Dünya bazarında neftin qiyməti bizdən asılı olmayan səbəblərdən artıb. Keçən il dövlət büdcəsində neftin bir barelinin 40 dollar götürülməsini təklif edirdilər. Deyirdilər ki, hökumət büdcəni şişirdir. Reallıq onu sübut etdi ki, parlament düzgün qərar qəbul etmişdi. Gələn ilin dövlət büdcəsində neftin bir barelinin 55 dollar proqnozlaşdırılması ilə bağlı da bəzi mətbuat orqanları hökumətin büdcəsini şişirtmək üçün bu addıma əl atdığını yazırdılar. Halbuki aparılan hesablamalar bunu tələb edirdi”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...