Xəzər dənizində dalğanın hündürlüyü 5,2 m olub - Nazirlik

Xəzər dənizində dalğanın hündürlüyü 5,2 m olub -

Dekabrın 5-i ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 24 mm, Astarada 19 mm, Oğuzda 13 mm, Kişçayda 12 mm, Şəkidə 11, Daşkəsəndə 10 mm, Göygöldə 9 mm, Mingəçevirdə 8 mm, Qəbələ, Gədəbəy, Yardımlıda 7 mm, Quba, Sarıbaş, Ağsuda 6 mm, Tərtər, Naftalanda 5 mm, Naxçıvan, Şahbuz, Gəncə, Zaqatala, İsmayıllı, Qusar, Bərdə, Lerik, Sədərəkdə 4 mm, Şərur, Ordubad, Ağdərə, Xaltan 3 mm, Bakı, Şabranda 2 mm, Maştağa, Zabrat, Şəmkir, Tovuz, Ağdam, Balakən, Mərəzə, Altıağac, Qırız, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Nabranda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 16 sm, Sarıbaşda 11 sm, Göygöldə 7 sm, Ağdərədə 6 sm, Qırızda 5 sm, Xaltanda 2 sm, Qusar, Altıağacda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalan, Mərəzə, Neftçalada 20 m/s, Xaçmazda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17-22 m/s, bəzi yerlərdə arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,2 m olub.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti dekabrın 6-dək davam edəcək.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...