Metroda növbəti nasazlıq - Bu dəfə günahkar sərnişinlər deyil

Metroda növbəti nasazlıq -
Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nə məxsus qatarlardan birində növbəti nasazlıq baş verib.

Bu barədə Modern.az-a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, budəfəki problem sərnişinlərlə bağlı olmayıb:

“Bu gün səhər 7:35-də bir qatar "Nərimanov" stansiyasından texniki baxış məqsədilə depoya göndərilib. Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub”.

B.Məmmədov bildirib ki, qatar sırf texniki baxış və sərnişinlərin təhlükədən sığortalanması üçün depoya göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...