Azərbaycanda 18° dərəcə şaxta müşahidə edilib

Azərbaycanda 18° dərəcə şaxta müşahidə edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə bağlı məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən “Gundeminfo”ya erilən məlumata görə, fevralın 9-u saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntı qara keçib, bəzi yerlərdə intensiv və güclü olub, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Düşən qarın miqdarı: Qəbələdə 29 mm (aylıq normanın 52%-i), Lənkəran, Sarıbaşda 25 mm (aylıq normanın 47%-i), Xınalıqda 23 mm, Kişçay (Şəki) (aylıq normanın 50%-i), Göyçay (aylıq normanın 63%-i), Astarada 22 mm, Gədəbəydə 21 mm, Qrızda 21.0 mm (aylıq normanın 84%-i), Oğuzda 19 mm (aylıq normanın 38%-i), Xaltanda 17.0 mm (aylıq normanın 68%-i), Daşkəsəndə 15 mm, Şəkidə 15 mm, Beyləqan, Qubada 14 mm (aylıq normanın 46%-i), Zaqatalada 13 mm, Kürdəmir, Qusarda 12 mm, Daşkəsəndə 11mm, Nabran, Yardımlıda 10 mm, Altıağac, Lerik, Göygöldə 9 mm, Ağdam, Tərtər, Kirən (Tovuz), Cəfərxanda 8 mm, Ordubad, Ağdərə (Ordubad), Balakən, İmişlidə 7 mm, Bərdədə 6 mm, Şahbuzda 5 mm, Şabranda 4 mm, Biləsuvar, Mərəzədə 3 mm, İsmayıllı, Xaçmazda 2 mm, Şamaxı, Tovuz, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Sədərək, Neftçala, Zərdab, Mingəçevirdə 1 mm olub.

Bakıda və Abşeron yarımadasında: Zabrat, Maştağada 6 mm, Bakıda 3 mm, Sumqayıt, Neft Daşları, Pirallahı, Çilov adasında 1 mm olub.

Əmələ gələn qar örtüyünün hündürlüyü: Ağdərə, Xınalıqda 43 sm, Sarıbaşda 42 sm, Şahdağ, Qrızda 40 sm, Altıağacda 36 sm, Xaltanda 35 sm, Kişçayda 30 sm, Qəbələdə 29 sm, Göygöldə 28 sm, Daşkəsəndə 27 sm, Oğuzda 23 sm, Qusarda 20 sm, Şəkidə 18 sm, Göyçayda 17 sm, Zaqatalada 16 sm, Beyləqan, Gədəbəy HMS, Göygöl Hacıkənd HMS-da 15 sm, Göygöldə 14 sm, Gədəbəy, Kirən (Tovuz), Qubada 11 sm, Şahbuz, Göygöl (Hacıkənd), Lerik, Balakən, Bərdə, Ordubad, Mərəzə, Xaçmaz, Nabran, Şabran, Tərtər, Şərur, Naxçıvan, Naftalan, Gəncə, Ağdamda 1-10 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Pirallahı, Maştağada 35 m/s, Bakıda 30 m/s, Ələtdə 28 m/s, Qum adası, Neft Daşlarında 27 m/s, Sumqayıtda 24 m/s, Çilov adasında 22 m/s, Zabratda 21 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

Neftçala, Naftalanda 34 m/s, Salyanda 23 m/s, Tərtər, Daşkəsəndə 28 m/s, Bərdədə 25 m/s, Gəncədə 24 m/s, Ceyrançöldə 23 m/s, Tovuzda 22 m/s, Ağstafa, Şahdağ, Mingəçevir, Nabranda 20 m/s, Şəmkir, Astarada 19 m/s, Qrız, Xaçmaz, Culfada 18 m/s, Yardımlı, Ağdam, Qazıməmməd, Şabranda 16 m/s, Yevlax, Şəkidə 15 m/s -dək güclənib.

Havanının minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 5-8°, yüksək dağlıq rayonlarda 15-18° şaxta, Naxçıvan MR-da 0-5° şaxta olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...