Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı mərkəzin açılışını bildirən düyməni basıb.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.

Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...