“Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də var” - MSK üzvü “ölüf-ölüf” videosundan danışdı

“Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də var” -

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qazaxda seçki məntəqəsində qeydə alınan hadisəyə aydınlıq gətirib.

Bu barədə Modern.az-ın məlumatına toxunan MSK üzvü Baxşeyiş Əsgərov qeyd edib ki, Xanlar Lalayevin qardaşı arvadının öldüyü haqqında məlumatlıdırlar:

“Xanlar Lalayev videoda səsləndirdiyi fikirləri qardaşı arvadı üçün deyil, özünün 7 il əvvəl ayrıldığı həyat yoldaşı haqqında deyir. Onun ayrıldığı həyat yoldaşı isə ölməyib, Bakıda yaşayır".

B.Əsgərov Gülnar Əliyevanın qəbrinin görüntülərinin onlarda olduğunu da deyib:

“Ötən iclasda bu video haqqında səsləndirdiyimiz məlumatlar mətbuat tərəfindən düzgün təqdim edilməyib. “Ölməyib” ifadəsini Xanlar Lalayevin iddiasına uyğun olaraq, onun həyat yoldaşı haqqında demişik.

Gülnar Əliyeva yanvar ayının 17-si ölüb. Seçkilər haqqında siyahı isə bundan əvvəl tərtib olunub. Qeydiyyat idarəsi isə Gülnar Əliyevanın ayrılsa da, Xanlar Lalayevin evində hələ də qeydiyyatda olduğunu təsdiqləyib".

Xatırladaq ki, Qazax sakini Xanlar Lalayev Modern.az-a açıqlamasında bildirib ki, məntəqə seçki komissiyası onun vəfat etmiş qardaşı arvadı Gülnar Əliyevanın adına bildiriş göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...