Sevgisinə görə intihar edən tələbənin atası nələr dedi...

Sevgisinə görə intihar edən tələbənin atası nələr dedi...

Qızım Nəzakət Rzazadənin sevgilisi ilə münasibətinə razılıq verilmədiyi üçün intihar etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a açıqlamasında özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib. O bildirib ki, qızının hansı səbəbdən intihar etməsi məlum deyil:

“Qızımın Balahüseyn Məmmədovla münasibətindən xəbərdar idik. 3-cü kursda oxuyurdu deyə, universiteti bitirdikdən sonra ailə qurmasını məsləhət görmüşdük. Sevdiyi oğlan öz kəndimizdəndir. Bu gün gecə saat 1-2 arası intihar ediblər. İntihar səbəbini isə bilmirik. Nəzakətin meyiti hələ tapılmayıb, axtarışlar davam edir”.

Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılıb. İntihara səbəb ailələrin onların münasibətinə qarşı çıxması olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...