Bakı metropoliteni öz işçilərini maska və tibbi spirtlə təmin etmir?

Bakı metropoliteni öz işçilərini maska və tibbi spirtlə təmin etmir?

Bakı metrosu insanların ən çox toplaşdığı yerlərdən biridir. Hazırda koronavirusun aktiv yayılma tempini nəzərə alsaq, məhz bu nəqliyyat vasitəsində yoluxma faktoru daha yüksəkdir.

Bəs maraqlıdır metropoliten işçilərinin belə şəraitdə təhlükəsizliyi nə dərəcədə təmin edilir? Onlara virusdan qorunmaq üçün tibbi maska və digər gigiyenik vasitələr verilirmi?

Məsələ ilə bağlı Modern.az-a danışan "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, virusun yayıldığı ilk günlərdən etibarən bu istiqamətdə lazımi işlərin görülüb:

“Lap əvvəldən metro işçiləri arasında maarifləndirici tədbirlər görülüb. İndi də tibbi maska və spirt əməkdaşlarımıza paylanılır. Həmin vasitələrdən istifadə qaydaları da onlara göstərilib”.

B.Məmmədov tibbi maska və spirtin fasiləsiz olaraq metro işçilərinə verildiyini və işçilərdən kimsədə bu məsələdə problem varsa ona müraciət etməsini bildirib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə isə metropoliten rəhbərliyi öz işçilərinin tibbi maska və spirtlə təmin olunmasını onların özlərinə həvalə edib. Başqa dövlət qurumlarının məzuniyyətdə olduğu bu günlərdə fədakarlıq edən metro işçiləri tibbi spirt və maskaları özləri almağa məcbur qalıblar. Müşahidələr də göstərir ki, polislər istisna olmaqla metro işçiləri maskadan istifadə etmir. Səbəb isə onunla izah olunur ki, apteklərdən maska tapa bilmirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...