Cavid Qurbanov İranla birgə pul axtaracaq...

Cavid Qurbanov İranla birgə pul axtaracaq...

"Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsində Azərbaycan tərəfdə 8 kilometrlik yol və körpü var. Bunları tikməklə biz İran bazarını Azərbaycana birləşdirmiş oluruq". APA- xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Bu da məsələnin tam həlli deyil. Orada 153 kilometrlik Astara-Rəşt yolu var. Bizim tərəfdə körpünün yerini də müəyyənləşdirmişik. İran tərəfdən isə 153 kilometr uzunluğu olan Rəşt-Astara yolu mövcuddur, lakin yolun layihəsi hazır deyil. Sadəcə olaraq İran hökuməti tikinti işlərini planlaşdırır. İran və Azərbaycan tərəfi qərarlıdır ki, layihənin tikilməsi üçün maliyyə axtarsın", - deyə C. Qurbanov vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1193 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...