Rəsulzadə Paşinyanı ölümdən necə xilas etdi?

Rəsulzadə Paşinyanı ölümdən necə xilas etdi?

Ermənistan Baş naziri Nikol Paşinyanın babasının Hitlerə xidmət edən faşist olduğu artıq ictimaiyyətə bəllidir. Bunu erməni mediası da tirajladı. Bəs Paşinyan nə etdi?

Dərhal gedib tarixi saxtalaşdıraraq, Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham etdi.

Mən burada Rəsulzadəni müdafiə etməyəcəyəm, çünki Məmməd Əmin bəyin buna heç ehtiyac yoxdur. Amma gəlin tarixə qısa səyahət edək:

SSRİ Böyük Vətən müharibəsində qalib gəldisə, şübhəsiz ki, bunda qətiyyətli, amansız, qəddar və bir o qədər də ağıllı Stalinin böyük rolu oldu. Məhz Stalinin SSRİ-si ölkələri bir-bir işğal edən alman hərbinin qarşısını kəsdi. Stalin nə qədər qəddar, qaniçən şəxsiyyət olsa da, etiraf edək ki, dünyanı faşizm bəlasından o xilas etdi. Təbii, bu savaşın həlledici məqamlarında azərbaycanlılar da rol oynadılar. Lakin azərbaycanlılar təkcə müharibənin qazanılması məsələsində yox, həmçinin Stalinin taleyində də önəmli yer tuturlar. Bu o Stalin idi ki, M.Ə.Rəsulzadənin özü və ailəsi onu iki dəfə ölümdən, bir dəfə də sürgündən xilas etmişdi.

Yəni belə deyək: Rəsulzadələr Stalini xilas etməklə həm də milyonlarla günahsız insanı, hətta erməniləri də faşizm bəlasından xilas etmiş oldu. Çünki Hitlerin Qafqaz xalqlarını qırmaqla bağlı göstəriş verdiyini bu gün alman rəsmiləri özləri də etiraf edirlər.

Yəqin ki, Paşinyan Rəsulzadənin Stalini xilas etməsindən xəbərsizdir. Əgər xəbərdar olsaydı, Rəsulzadəyə qarşı daha çirkin yollara əl atardı. Çünki Paşinyanın faşist babasını məhz Rəsulzadənin ölümdən qurtardığı Stalin məhv edib. Bu gün Nikolun ittiham etdiyi M.Ə.Rəsulzadə nəticə olaraq İkinci Dünya müharibəsinin, eləcə də SSRİ-nin taleyini dəyişib. Bəlkə də Stalinin yerinə hansısa zəif lider olsaydı, bu gün heç Paşinyan özü də həyatda yox idi. Yəni Rəsulzadə Stalini xilas etməklə Paşinyanın özünü də xilas etmiş olub.

Amma təbii, erməni xisləti belə şeyləri başa düşmür. Heç vaxt da başa düşməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...