"Almaniyada 4 min qeyri-qanuni yaşayan vətəndaşımız var" - Seyfulla Əzimov

 "Almaniyada 4 min qeyri-qanuni yaşayan vətəndaşımız var" -

Almaniyada bizim 4 min nəfər qeyri-qanuni yaşayan vətəndaşımız var. Mühacirətə aparılıblar, onların da hamısı nəzarətimizdədir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 1 500 nəfərin Almaniyanın müvafiq qurumları tərəfindən deportasiya olunması ilə bağlı qərarlar çıxarılıb:
“2 500 nəfərlə bağlı isə müvafiq qərarın icrası müvəqqəti təxirə salınıb. Bu məsələ ciddi nəzarətimizdə saxlanılır”.
Nazir müavini bildirib ki, adlarını demokrat qoyan təşkilatlar saxta sənəd alveri ilə məşğuldurlar:
“Bu, hamımıza bəllidir. Onların hamısının bizdə statistikası da var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
457 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...