İcra başçısı pambıqçılarla görüşdü - FOTOLAR

İcra başçısı pambıqçılarla görüşdü -
İcra başçısı Müstəqim Məmmədov tarlalarda becərmə işi aparan pambıqçılarla görüşmüşdür. Gundeminfo.az xəbər verir ki, ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında lider olan Tərtər pambıqçıları artıq tarlalarda becərmə işlərinə başlamışlar.

Bu il rayonda 1728,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1200 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC tərəfindən ümumilikdə 2 min 978,2 hektarda pambıq əkilmişdir.
İcra başçısı pambıqçılarla görüşdü -

Bu gün rayon rəhbəri Müstəqim Məmmədov rayon ərazisində yerləşən bir çox pambıq tarlalarına baş çəkmiş, becərmə işləri aparan sakinlərlə görüşmüş, onlara öz tövsiyə və tapışırıqlarını vermişdir. Rayon rəhbəri bildirmişdir ki, 2019-cu ildə Tərtər rayonunda 3 min 427 hektar sahədə pambıq becərilib, 11 min 936,2 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 34,8 sentner olub. Cari ildə əməkçilərimiz daha yüksək zirvələri fəth etmək üçün fəallıq şəraitində çalışırlar. Hazırda tarlalarda becərmə işləri aqrotexniki qaydalara uyğun olaraq davam etdirilir. Bu gün sahələrdə görülən becərmə işləri deməyə əsas verirki, 2020-ci ildə də Tərtər pambıqçıları yüksək naliyyətlər əldə edəcəklər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
154 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...