Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar

Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar

ABŞ-ın Nyu-York şəhərində yerləşən Rokfeller Universitetinin alimləri koronavirusdan sağalan xəstələrdə COVID-19-a təkrar yoluxmanın qarşısını ala bilən antitellər müəyyən ediblər.

Tədqiqatın nəticələri “bioRxiv” elmi nəşrində dərc olunub.

Alimlər sübut ediblər ki, koronavirusun yayılmasını dayandıra biləcək peyvənd hazırlamaq mümkündür.

Təcrübədə koronavirusdan sağalan 149 xəstə iştirak edib. Onların hamısı antitellər və immun B hüceyrələri olan qan plazması bağışlayıblar. Məhz B hüceyrələri antitel istehsal edir. Plazma zərərsizləşdirilmiş koronavirusla birləşdirilib.

Tədqiqat nəticəsində alimlər təcrübədə iştirak edənlərin 33 faizində plazmanın neytrallaşdırma qabiliyyətinin müəyyən olunmuş səviyyələrdən aşağı olduğunu aydınlaşdırıblar.

Elm adamları inanırlar ki, anadangəlmə immunitet səbəbi ilə bu insanlarda elə ilk mərhələdə orqanizm virusu məhv edib.

Mütəxəssislər virusun təsirini effektiv şəkildə aradan qaldıran 40 antitel müəyyən ediblər.

Lakin bütün diqqətləri hətta aşağı konsentrasiyalarda virusu zərərsizləşdirən üç antitelə yönəldiblər. Hazırda onlar klonlaşdırılıb və klinik tədqiqatlara hazırlanır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...