"Qaydalara əmək etməyənlər cərimələnəcək" - İbrahim Məmmədov

"Qaydalara əmək etməyənlər cərimələnəcək" -
"Karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq. Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləq olacaq".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, bununla bağlı müvafiq qərar imzalanıb: "Qaydalara əmək etməyənlər cərimələnəcək. Sərbəstlik artıqdıqca məsuliyyət artacaq. Cəzalar artacaq və sərtləşəcək. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunacaq. Cərimələrdən qaçmaq mümkün olmayacaq".

Hökumət rəsmisi qeyd edib ki, hansı rayonda yoluxma artsa həmin bölgə qapadıla və orada daha güclü karantin rejiminin tətbiq olunması mümkündür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...