"Büdcənin icrasına daha dəqiq yanaşılmalıdır" - Vahid Əhmədov

"Büdcənin icrasına daha dəqiq yanaşılmalıdır" -

“Dövlət büdcəsi yalnız Maliyyə Nazirliyinin büdcəsi deyil”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, büdcənin icrasına daha dəqiq yanaşılmalıdır: “Müzakirələrə digər nazirliklərin, qurumların da nümayəndələri dəvət olunmalıdır. Onlar da Maliyyə Nazirliyi kimi bizim suallarımıza cavab verməlidir”.
Millət vəkili həmçinin qeyd edib ki, bank sektorunda problemlər hələ də qalmaqdadır: “Bu yaxınlarda 4 bank bağlandı. Onlardakı depozit 800 milyon manatdan çoxdur. İndi sual yaranır ki, həmin əmənatləri qaytarmaq üçün banklarda vəsait varmı?”

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...