Eldar Əzizov Səbaildə söküntüyə başladı

Eldar Əzizov Səbaildə söküntüyə başladı


Bakının Səbail rayonuna bir müddət öncə icra başçısı təyin edilmiş Eldar Əzizov "ikinci Sumqayıt ssenarisini" həyata keçirməyə başlayıb. Rayon sakinlərinin verdiyi məlumata görə, Eldar Əzizov "Sumqayıt təcrübəsi"ni Səbail ərazisinə tətbiq etməsi nəticəsində artıq bir neçə ev, xırda ticarət obyektləri sökülüb.

GUNDEMİNFO.AZ xəbər verir ki, modern.az saytının əldə etdiyi məlumata görə söküntünün birinci dalğasına Səbailin Badamdar qəsəbəsində start verilib. Bu prosesin hazırda da davam etdiyi bildirilir.
Qeyd edək ki, Eldar Əzizov bundan əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub. Onun Sumqayıtda sahibkarları, köçkün ailələrini hədəfə alan addımları daim etirazla qarşılanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1008 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...