TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı

TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı

Goranboyda iri tonnajlı yük avtomobili bir neçə minik avtomobilini yararsız hala salıb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı TIR-ın şininin partlaması nəticəsində iri tonnajlı avtomobil əvvəlcə yolayırıcı məhəccərə, daha sonra isə yolun kənarında olan iki "Mercedes" və bir "VAZ 21099" markalı avtomobilə çırpılaraq onları yararsız hala salıb.

Qəza zamanı TIR-ın sürücüsünün xəsarət aldığı bildirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...