Göyçayda ev yanıb

Göyçayda ev yanıb

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini İsmayılov Ənvər Nuğay oğluna məxsus ümumi sahəsi 336 kvadratmetr olan evdə yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Evin 146 kvadratmetrlik hissəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...