Nizami rayonunda koronavirusa qarşı tədbirlər davam etdirilir FOTOLAR

Nizami rayonunda koronavirusa qarşı tədbirlər davam etdirilir
Nizami rayonunda koronavirusa qarşı tədbirlər davam etdirilir
Nizami rayonunda koronavirusa qarşı tədbirlər davam etdirilir
Nizami rayonunda koronavirusa qarşı tədbirlər davam etdirilir

Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və həmin tələblərə əməl olunması üçün Nizami Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən tədbirlər daha da gücləndirilib.

“GUNDEMİNFO” az xəbər verir ki, ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri ilə birgə rayon ərazisində fəaliyyətinə icazə verilən mağazalara baxış keçirərək xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi ilə bağlı sanitar qaydalara əməl olunmasının vacibliyini bildirib.

Həmçinin mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə mütəmadi olaraq topdan və pərakəndə qida məhsullarının satış obyektlərində, bazarlarda, ictimai-iaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

Bundan əlavə, mobil qruplar hər gün sakinlərlə maarifləndirici söhbətlər aparır, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları, eyni zamanda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirlər.

Eyni zamanda, əhali arasında dəfn mərasimləri istisna olunmaqla yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya riayət olunması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi və ya parça maskalardan, həmçinin respiratorlardan istifadənin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...