Bakıda ağır qəza: Avtomobillərdən biri dövlət idarəsinin binasına çırpıldı - FOTOLAR

Bakıda ağır qəza: Avtomobillərdən biri dövlət idarəsinin binasına çırpıldı -

Bakıda iki minik maşını toqquşub. Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib.

Qəza zamanı 10-HU-530 dövlət nömrə nişanlı BMW və 99-AZ-266 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobillər toqquşub.

Qəzadan sonra “Volkswagen” Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin binasına, BMW isə dövlət idarəsinin yaxınlığındakı mühafizə xidmətinə məxsus köşkə çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.


Bakıda ağır qəza: Avtomobillərdən biri dövlət idarəsinin binasına çırpıldı -
Bakıda ağır qəza: Avtomobillərdən biri dövlət idarəsinin binasına çırpıldı -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...