Nərimanov rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə reydlər davam edir

COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nərimanov rayonu ərazisində yaradılmış 20 mobil işçi qrupları tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər davamlı olaraq həyata keçirilir. Qeyd edək ki, mobil qruplar Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Rayon Prokurorluğunun, DTX rayon İdarəsinin, SİƏD-lərin, Bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşlarından və könüllülərdən təşkil olunmuşdur.

Mobil qruplar gün ərzində rayonun küçə və prospektlərində, məhəllələrdə, yaşayış massivlərində, eləcə də ticarət və ictimai iaşə obyektlərində, apteklərdə, banklarda, ödəniş terminallarının önündə və digər yerlərdə keçirdikləri reydlər zamanı vətəndaşlarla xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparır, bütün xidmət obyektlərində işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, əlcək, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verir, aşkarlanmış ciddi qanun pozuntuları olduqda müvafiq orqanların əməkdaşları tərəfindən sənədləşdirilir.

Son günlərdə isə mobil qruplar insanların cəm halında toplaşdığı məhəllələrdə təbliğat işlərinə xüsusi diqqət ayırmışdır. Məhəllələrdə reydlər zamanı vətəndaşlara sərtləşdirilmiş xüsusi karantin dövründə vətəndaşların evdən çıxmamaları, ehtiyac yarandığı təqdirdə çıxdıqda isə mütləq şəkildə qoruyucu vasitələrdən istifadə etmələri, sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıqlar olunmuş, koronavirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə maarifləndirici bukletlər və maska paylanılmışdır.

Reydlərin başlandığı 2 iyul tarixdən bu günədək rayon ərazisində fəaliyyətinə icazə verilən 1400-ə yaxın ticarət və ictimai-iaşə obyektlərində reydlər keçirilmişdir. Reydlər zamanı sərt karantin rejiminin tələblərini pozduqlarına görə bir neçə obyekt rəhbərinə xəbərdarlıq edilmiş və 188 nəfər vətəndaş cərimələnmişdir.

Xəbərdarlıq edilmiş obyektlərdə isə nöqsanların aradan qaldırılması nəzarətdə saxlanılmış və gün ərzində təkrar yoxlanılmışdır.

Qeyd edək ki, mobil qruplar tərəfindən bundan sonra da fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdiriləcəkdir.

Reydlərlə yanaşı rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə gündəlik olaraq qrafik üzrə küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri, girişləri, liftlər və sakinlərin daha çox istifadə etdiyi digər yerlər təsirli kimyəvi vasitələrlə dezinfeksiya edilir.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
274 dəfə oxundu
 
XƏBƏR LENTİ
Loading...