Bugünkü imtahanda 2 nəfərdə telefon aşkarlandı

Bugünkü imtahanda 2 nəfərdə telefon aşkarlandı

Bu gün Dövlət İmtahan Mərkəzi sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iki nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahanlar sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda keçirilib.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olanacaq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
190 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...