Hərbi hissələrdə “Açıq qapı günü” elan edilir - nazir göstəriş verdi

Hərbi hissələrdə “Açıq qapı günü” elan edilir -


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən GUNDEMİNFO.AZ-a verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

“Açıq qapı günü”ndə hərbi hissə komandanlığı ilə valideynlərin görüşünün təşkili, konsert proqramları və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1001 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...