Mikayıl Cabbarov dəlixanaya salınan xadimənin işini nəzarətə götürdü

Mikayıl Cabbarov dəlixanaya salınan xadimənin işini nəzarətə götürdü

Təhsil Nazirliyi Abşeron rayonu şəhid Allahverdi Novruzov adına Çaylı kənd orta məktəbinin xadiməsi Arzu Rüstəmovanın məktəb direktoru İlahə Murquzova tərəfindən dəlixanaya salınması xəbərinə münasibət açıqlayıb.

Nazirlikdən virtualaz.org saytının sorğusuna verilən cavabda bildirilir ki, Çaylı kənd sakini Arzu Rüstəmovanın şikayətinin araşdırılması üçün təhsil naziri Mikayıl Cabbarov tərəfindən göstəriş verilib.

Göstərişə əsasən, nazirliyin əməkdaşları Abşeron Rayon Təhsil Şöbəsində olublar. Şöbə müdirinin, Çaylı kənd məktəbi direktorunun və A.Rüstəmovanın iştirakı ilə görüş keçirilib. Görüşdə A.Rüstəmovanın işdən çıxarılmasının səbəbləri və onun öz xahişinə görə övladının liseyə qəbuluna köməklik göstərilməsi məsələləri müzakirə olunub.

A.Rüstəmovaya övladının arzu etdiyi liseyə qəbuluna yardım olunacağı bildirilib.

Görüşdə A.Rüstəmovanın tutduğu vəzifədən azad olunması ətrafında da söhbət aparılıb və onun şikayətinə birtərəfli mövqeden yanaşılmaması üçün müəyyən araşdırmaların aparılacağı qeyd olunub.

Nazirlikdən qeyd etdilər ki, araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat veriləcək.

Qeyd edək ki, A.Rüstəmova virtualaz.org saytına da şikayət etmişdi. O, müraciətində direktordan əməkhaqqının artırılmasını istədiyini, bununla bağlı aralarında mübahisə yarandığını demişdi. Arzu Rüstəmova direktor tərəfindən Maştağadakı ruhi-əsəb dispanserinə göndərdiyini, 4 gün orada saxlanıldığını, xəstəxanada xəstələr tərəfindən döyüldüyünü iddia etmişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...