Bakıda 640 avtobusa izləmə cihazı quraşdırılıb

Bakıda 640 avtobusa izləmə cihazı quraşdırılıb


Avtobuslarda yeni izləmə avadanlığının quraşdırılmasına başlanılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mətbuat katibi Şəfa Mehmanqızının Modern.az saytına verdiyi xəbər görə, GPS treker adlanan bu telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, datçiklərin vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür:

“Sürücülük qabiliyyətinə nəzarət sistemi, yolda baş verən pozuntular (kobud sürücülük, sürət həddinin aşması və s.) haqqında məlumatı toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərir. Bu sistemin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.

Sürücülük qabiliyyətinin qiymətləndirilməsi prosesi izləmə avadanlığından əldə edilən məlumatın əsasında tərtib olunur. Hesablamanın əsasını sürətin aşması, kəskin sürətləndirmə, əyləc, dönüş və digər göstəricilər təşkil edir. Sistemin köməyi ilə səhlənkar sürücüləri müəyyən etmək, yol hərəkətinin təhlükəsizliyini artırmaq, yanacaq və istismar xərclərinə də xeyli qənaət etmək üçün imkan yaradılır”.

Şəfa Mehmanqızı bildirib ki, avtomobillərin texniki baxış prosesinin idarə edilməsini avtomatlaşdırmaq məqsədilə hər nəqliyyat vasitəsi üçün ayrılan elektron xidməti kitabçasının qeydiyyatını və idarə edilməsini təmin edən modul mövcuddur:

“Bu modulda avtomobilin bütün texniki göstəricilərinin qeydiyyatı və uçotu aparılacaq. İndiki modul avtomobilin gözlənilmədən sıradan çıxması riskini azaltmaq və onun texniki xidmət xərclərini aşağı salmağa imkan yaradacaq.

Artıq paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarına izləmə avadanlıqlarının quraşdırılması işlərinə başlanılıb. 43 marşrut xətti üzrə fəaliyyət göstərən 640 avtobusda izləmə avadanlığı quraşdırılıb. Dayanacaqlardakı Avtobus İnformasiya Terminallarında avtobusların çatma vaxtlarının da əks olunması istiqamətində işlər aparılır. Avtobuslarda quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. Bununla da sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq.

Bort avadanlıqlarından fərqli olaraq yeni quraşdırılacaq izləmə cihazları sürücülərin əllə müdaxilə edə bilməyəcəyi hissələrdə (avtobusda) quraşdırılıb. İstənilən kənar müdaxilə barəsində (avadanlığın söndürülməsi, zədələnməsi və s.) məlumat NİİM-in proqram təminatında dərhal əks olunacaqdır. Mühərrik işlək vəziyyətdə olmasa belə, avadanlıq 4 gün ərzində fasiləsiz məlumatlar (avtobusun sonuncu dəfə olduğu yer barədə) ötürə bilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...