Əli Əsədov bp-nin icraçı direktoru ilə nə danışıb?

Əli Əsədov bp-nin icraçı direktoru ilə nə danışıb?

Avqustun 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...