“Məktəblərin nə vaxt açılacağına avqustun axırında qərar veriləcək” - Cəsarət Valehov

“Məktəblərin nə vaxt açılacağına avqustun axırında qərar veriləcək” -

Ümümdünya Səhiyyə Təşkilatının proqram direktoru Maykl Rayan məktəblərin açılacağı təqdirdə, insanların virusa daha çox yoluxa biləcəyini vurğulayıb:

"Ötən il məktəblərin əksəriyyətində su problemi yaşanıb. 43 faiz məktəbdə əl yumaq üçün belə su tapılmayıb. Bu isə virusun yayılma arealına təsir göstərir. Hazırda insanların bir çoxu virusla mübarizə aparmaq imkanına sahib deyillər. Ona görə də sıxlıqda qaçınmaq vacibdir".

Maraqlıdır, bu xəbərdarlıqdan sonra ənənəvi təhsilin təxirə salınma ehtimalı varmı?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Yenisabah.az-a açıqlamasında bildirib ki, bu xəbərdarlıq yeni deyil. Təhsillə bağlı çeşidli müzakirələr son altı ayda davamlı olaraq aparılır:

“Ona görə də hökumət məktəbləri bağladı. Şübhəsiz ki, növbəti tədris ili üçün də məsələlər müzakirədədir, vəziyyət təhlil olunur. Hansı sistemin tətbiq olunacağı ilə bağlı bu ayın sonunda yəqin ki, qərar veriləcək. Çünki bu dəqiqə heç kim məktəblərin nə vaxt açılacağı ilə bağlı məlumatlı deyil. Bu məsələ Operativ Qərargahın hökumət səviyyəsində apardığı təhlillərlə verdiyi qərara uyğun olaraq bütün ictimaiyyətə təqdim olunacaq. Ötən gün Təhsil İnstitutu yaxşı təkliflərlə çıxış elədi. Təkliflər bizim məktəbləri necə açmalı olduğumuzdan ibarət idi. Orada çox maraqlı nüanslar var”.

Xatırladaq ki, Təhsil Nazirliyi yanında İcrimai Şuranın üzvü Nadir İsrafilov bir neçə gün əvvəl saytımıza açıqlamasında növbəti tədris ili ilə əlaqədar qərarda ÜST-nin tövsiyyələrinin də nəzərə alınacağını demişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...