1000 məntəqəyə veb-kamera quraşdırılıb

1000 məntəqəyə veb-kamera quraşdırılıb


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Rabitə və yüksək Texnologiyalar naziri Əli Abbasov, müavini İltimas Məmmədov MSK-da yaradılan “veb-kamera”lara texniki nəzarət mərkəzində olublar.

AzVision.az xəbər verir ki, Rabitə və yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirilib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün məntəqə seçki komissiyalarında quraşdırılan veb-kameralar tam hazır vəziyyətdədir. Onun sözlərinə görə, seçki məntəqələrində səsverməni internet vasitəsilə izləmək mümkün olacaq:

“İnternet vasitəsilə MSK-nın saytına daxil olmaqla seçkini izləmək olar. Əvvəllər hər hansı proqramların yüklənməsi lazım idisə, indi buna ehtiyac olmayaq. 124 seçki dairəsini əhatə edən veb-kameralar seçki məntəqələrinin 20 faizini təşkil edir, bu da 1000 məntəqə deməkdir. Veb-kameralar quraşdırılan məntəqələrdən informasiyasının ötürülməsi üçün yüksək parametrli xəttlərin ayrılması ilə şəbəkə yaradılıb”. İ.Məmmədov qeyd edib ki, 5415 məntəqədə telefonlaşma işi yekunlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...