Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə Gəncədədir

Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə Gəncədədir


İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyəti Təbrizlə qardaşlaşan Gəncədə səfərdədir. Böyük mehribanlıqla qarşılanan qardaş ölkənin nümayəndələri əvvəlcə şəhərin Baş meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qonaqlara Gəncənin sosial-iqtisadi inkişafı, onun maddi-mədəni abidələri, dahi mütəfəkkir Nizami Gəncəvinin vətənində görülən işlər barədə ətraflı məlumat verib.

Elmar Vəliyev nümayəndə heyətini salamlayaraq bildirib ki, hər iki dövlət rəhbərlərinin qarşılıqlı əməkdaşlığı nəticəsində ölkələr arası əlaqələr inkişaf edir. Elmar Vəliyev Gəncə şəhəri haqqında nümayəndə heyətinə geniş məlumat verib. Alüminium zavod yaxınlığında 1500 hektarlıq ərazidə 4 yeni zavod tikiləcəyini qeyd edən Elmar Vəliyev bildirib ki, bu zavodların tikilişinin bitməsi 2017-ci ildə nəzərdə tutulur. Elmar Vəliyev vurğulayıb ki, nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan və İranın ikitərəfli münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

İsmayıl Cabbarzadə bildirib ki, Gəncədə olması çox sevindirici hissdir. Tarix boyu Gəncə şəhəri ilə Təbriz şəhərinin əlaqələri olduğunu vurğulayan qonaq bugün həmin əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Gəncə və Təbriz Universitetlərinin də əlaqə yarada biləcəyini vurğulayan İsmayıl Cabbarzadə Gəncədə həyata keçirilən quruculuq və abadlıq işləri göz oxşadığını xüsusi qeyd edib. İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə məşhur Təbriz xalçaçılarının toxuduqları xalçanı Elmar Vəliyevə hədiyyə edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə qonaqlara xalça və dahi Azərbaycan şairi Nizami Gəncəvinin nəfis şəkildə çap edilmiş “Xəmsə”sini, eləcə də Məhsəti Gəncəvinin sözlərinə yazılmış musiqilərdən ibarət disqi təqdim edib.

Görüşdən sonra qonaqlar Təbriz küçəsində yerləşən barelyefin açılışında iştirak ediblər. Səfər çərçivəsində nümayəndə heyəti Heydə Əliyev park-kompleksi, “İmamzadə” dini-memarlıq kompleksi", “Gəncə Avtomobil Zavodu”, Nizami Gəncəvi Məqbərəsi, Nizami Gəncəvi Muzeyi, Qala Qapıları, Məhsəti Gəncəvi Mərkəzi, Cavad Xan küçəsi, Cavad Xan məqbərəsi, Şah Abbas Məscidi, Çökək Hamam ilə tanış olublar.


Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə Gəncədədir
Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə Gəncədədir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...