Əjdər Tağızadə: “Sabir Rüstəmxanlıya o cür əmr verilib“

Əjdər Tağızadə: “Sabir Rüstəmxanlıya o cür əmr verilib“

AK Daimi Şurasının sədri Əjdər Tağızadə qurumun İdarə Heyətinin üzvlüyündən çıxarılması ilə bağlı Sabir Rüstəmxanlının açıqlamasına münasibət bildirib.

Ə. Tağızadə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, İdarə Heyətinin üzvlüyündən çıxarılmayıb:

“Mən sadəcə mandatımı vermişəm. Çünki qurultayda konfliktə zəmin yaratmışdılar. Bunun üçün adam da toplamışdılar. Mən də mandatımı təhvil verdim və çıxış etdim. Orada Daimi Şuranın sədrini İdarə Heyətinin sədri vəzifədən çıxara bilməz. Bu barədə yalnız qurultay qərar verməlidir. Amma görünür ki, Sabir bəy səhər-səhər tələskənliyə yol verib, yəqin, yuxuluymuş. Deyib ki, məni İdarə Heyətindən çıxarıblar. Bu tamamilə yanlış məlumatdır. Mən Sabir bəydən xahiş edirəm ki, 100 nəfəri mənə qarşı olaraq İstanbula gətirmək yerinə, heç olmasa erməniyə qarşı 50 nəfəri Hacıqabula kimi aparsın. Heç çoxunun adını da bilmirsən. Amma o iclasın ssenaristi, rejissoru da Sabir bəy deyil. Sabir bəyə əmrlər o cür verilir”.

Onun sözlərinə görə, məsələnin mahiyyəti ondan ibarət idi ki, qurultayda Azərbaycanın güneyi ilə bağlı problemlər qaldırılmasın: “Bu da İranın istəyidir. Sabir bəy də çıxışlarında deyir ki, DAK İran adlanan rejimə qarşı deyil. Bu da onu göstərir ki, o, DAK-ı özəlləşdirib. Mən də ona deyirəm ki, sovetdən qalan mal deyil ki, onu özəlləşdirəsən. Səni DAK rəhbərliyinə gətirən mən olmuşam. Səni ora gətirdik ki, nüfuzundan istifadə edərək xarici parlamentlərə girək. İndi deyirsən ki, DAK diaspora təşkilatıdır. Sən xaricdə yaşayırsan ki, bu diaspor təşkilatı olsun? Bu məsələlələr zaman aydınlıq gətirəcəyik. Sabir Rüstəmxanlı güneylini təmsil edə bilməz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...