Azərbaycanlı biznesmenləri oğurlayan dəstə darmadağın edildi

Azərbaycanlı biznesmenləri oğurlayan dəstə darmadağın edildi


Gürcüstanın Rustavi şəhərində tərkbi əsasən azərbaycanlılardan təşkil olunmuş mütəşəkkil cinayətkar dəstə yaxalanıb.

Modern.az saytı Gürcüstan KİV-nə istinadla xəbər verir ki, dəstə üzvləri Rusiya Federasiyasının iki vətəndaşını oğurlayaraq, onların azad olunması qarşılığında pul tələb ediblər. Lakin gürcü polisinin keçirdiyi xüsusi əməliyyat zamanı girovlar azad olunub, qruplaşma isə darmadağın edilib.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli qubernatorluğu üzrə kriminal polis departamentinin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Rustavi şəhərində vətəndaşları qanunsuz olaraq azadlıqdan məhrum etmiş cinayətkar qruplaşma üzvləri - 1976-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Mübariz B. və 1984-cı il təvəllüdlü Fərid X., Gürcüstan vətəndaşları – 1988-ci il təvəllüdlü Vladimir C., 1983-cü il təvəllüdlü Vüqar K. və 1988-ci il təvəllüdlü Roman Z. həbs olunublar”- deyə nazirliyin rəsmi məlumatında deyilir.

İstintaq zamanı ayın olub ki, Rusiyadan Gürcüstana qohumlarının toyuna gələn biznesmenlər – Mahir A. və Üzeyir S. cinayətkar dəstə üzvləri tərəfindən girov götürülərək, bir neçə gün qapalı məkanda saxlanılıblar. Zərərçəkənlərin yaxınlarının qruplaşmaya ödədiyi pulun 5700 dollarlıq hissəsi maddi sübut kimi götürülüb.

Adam oğurluğu faktı ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanları 4 maddə üzrə cinayət işi açıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1094 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...