Aslan Aslanovun iddiaları qərəzlidir - İcra Hakimiyyətindən AÇIQLAMA

Aslan Aslanovun iddiaları qərəzlidir -
Aslan İsmayılovun “Tərtərdə nə baş verir?” başlığı altında öz facebook səhifəsində etdiyi paylaşımla bağlı bildiririk ki, 16 sentyabr 2020-ci il tarixdə sosial şəbəkələrdə “Tərtər camaatı küçələrə axışdı” başlığı altında verilən çəkilişdəki həmin ərazi Tərtər rayonunun deyil. Ağdam rayonunun məcburi köçkünlərin məskunlaşdığı “Dördyol” qəsəbəsidir. Həmin əraziyə toplaşan insanlar isə Ağdam rayonunun sakinləridir.

Gundeminfo.az-a daxil olan məlumatda bildirilir ki, Çəkilişi aparan Tərtər rayonun Səhlabad kənd sakini özünü blogger adlandıran Ziya Mahmudov olduğu üçün əraziyə toplaşanlar Tərtər rayonunun sakinləri kimi təqdim olunur.
Tərtər rayon icra hakimiyyəti tərəfindən Türk bayrağının endirilməsi ilə bağlı heç bir göstəriş verilməmişdir.
Aslan İsmayılovun facebook səhifəsində Tərtər rayonuna aprel döyüşlərindən sonra ayrılan 3 milyon manatın hara xərclənməsi ilə bağlı bildiririk ki, ayrılan vəsaitlə 17 yaşayış məntəqəsində 256 fərdi yaşayış evinə dəyən ziyan aradan qaldırılmışdır. Tərtərin İcra başçısı dövlətə və dövlətçiıiyə sadiqdir. Qənaət olunan vəsait hesabına şəhər 6 saylı tam və Qazyan ümumi orta məktəbləri əsaslı təmir edilmişdir.
Tərtər İlk Peşə İxtisas Məktəbinin pəncələrinin İcra başçısı tərəfindənhördürülməsi ilə bağlı yazılan fikirlər də əsassızdır, İcra başçısı tərəfindən binanın pəncərələrinin hörülməsi üçün heç bir göstəriş verilməmişdir.
Tərtər İlk Peşə İxtisas Məktəbində 1993-cü ildən 2018-ci ilə qədər məcburi köçkünlər məskunlaşmışlar. Binanın sanitar qovşaq tərəfdə yerləşən pəncərələri illər öncə hörülmüşdür. Həmin ərazidə ictimai yaşayış binalarının fasad hissələri təmir olunub rənglənərkən peşə məktəbinin həmin hissəsi də rənglənmişdir. 2018-ci ildə orada məskunlaşan məcburi köçkünlər Şıxarx qəsəbəsində 1176 ailəlik məcburi köçkünlər üçün salınmış qəsəbəyə köçürülmüşdür. Bina Təhsil Nazirliyinə təhvil verilmiş, hazırda orada məcburi köçkünlər yaşamır, bina istismara yarasızdır, əsaslı təmirə ehtiyacı var.
Aslan İsmayılovun facebook səhifəsində etdiyi paylaşımında aprel döyüşləri ərəfəsində idarə, müəssisə rəhbərlərindən 200-300 manat, icra nümayəndələrindən 30 manat pul yığılması, ictimai işə cəlb olunanların əmək haqqlarının icra başçısı və onun birinci müavini Ramiz Şabanov tərəfindən mənimsənilməsi, yeni subartezian quyularının yerinin təyin olunması ilə bağlı icra başçısının müavinləri Abbas Cavadov və Xatirə Məmmədova (Xatirə Məmmədova 2019-cu ilin 26 aprel tarixində öz ərizəsinə əsasən işdən azad edilibdir) vasitəsi ilə 8-10 min manat məbləğində rüşvət alınması, idarə, müəssisə və təşkilat rəhbərlərindən aylıq hesab yığılması, vətəndaşlardan rüşvət alınaraq işə götürülmələri ilə bağlı yazdıqları yalan və böhtandır, heç bir fakta əsaslanmır.
Aslan İsmayılovun Tərtər Rayon İcra Hakimiyyətinin başçısına qarşı tutduğu mövqe qərəzlidir.

Tərtər Rayon İcra Hakimiyyəti



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...