Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb


Bu gün oktyabrın 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 26-sı ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0489 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0028 manat və ya 0,24% artaraq 1,1577 manata yüksəlib. Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,78% azalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1039 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...