“Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunacağı gün uzaqda deyil” - Baş prokuror

 “Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunacağı gün uzaqda deyil” -
“Bərdə və Tərtər şəhərində törədilmiş cinayətlər bir faktdır. Bizim əsas missiyamız prokurorluq orqanları olaraq, baş vermiş cinayət hadisələrini sənədləşdirmək, prosessual qaydada sübutları toplamaqdır”.

APA-nın məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev deyib.

K. Əliyev bildirib ki, Baş Prokurorluğun İstintaq Əməliyyat qrupu dünəndən hadisə yerində işləyir: “Müşahidələrimiz onu göstərir ki, bu cinayətlər hamısı bir mərkəzdən törədilib. 27 sentyabrdan bu günə qədər Prokurorluq orqanları tərəfindən müxtəlif ölüm faktları üzrə 45 cinayət işi başlanıb. Hər bir iş üzrə istintaq əməliyyat qrupları işləyir. Azərbaycanın cənubundan şimala qədər bütün cəbhəboyu rayonlarda və buradan xeyli kənarda olan Gəncə şəhərinə raket zərbələri və digər faktlarla bağlıdır. İstintaqın gələcəyini belə görürük ki, bu faktlar hamısı bir icraatda birləşməli olacaqlar. Çünki hamısı vahid mərkəzdən idarə olunur. Bunu da Ermənistanın hərbi-siyasi rəhbərliyi edir. Dinc əhaliyə qarşı müharibə cinayətlərinin törədilməsi, mülki infrastrukturun dağıdılması ilə bağlı tapşırıqlar Ermənistanın hərbi-siyasi rəhbərliyindən gəlir. Bununla bağlı bizim kifayət qədər sübutumuz və bunları açıqlayacağıq. Bir daha sizləri əmin etmək istəyirəm, tarixdə olmayıb ki, belə cinayətləri törədən şəxslər məsuliyyətdən kənarda qalsın. Ermənistanın hərbi-siyasi rəhbərliyinin də buna görə məsuliyyətə cəlb olunacağı gün uzaqda deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
438 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...