“Lombardlar haqqında” qanun layihəsi üçüncü oxunuşa hazırdır"

“Lombardlar haqqında” qanun layihəsi üçüncü oxunuşa hazırdır"
"Lombardlar haqqında” qanun layihəsi üçüncü oxunuşa hazırdır və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, "Lombardlar haqqında” qanun layihəsinin üçüncü oxunuşa hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Əli Məsimli deyib.

Komitə sədrinin müavini bildirib ki, qanun layihəsi komitə tərəfindən parlamentin 2020­-ci il payız sessiyasında baxılmaq üçün iş planına daxil edilib: “Layihə biz tərəfdən hazır vəziyyətdədir. Mərkəzi Bank da layihəyə münasibətdə fikirlərini son varaintda formalaşdırıb”.

Qeyd edək ki, lombard fəaliyyətində olan neqativ halların çoxluğunu nəzərə alaraq bu sektorun səmərəliliyinin artırılması məqsədilə, eləcə də istehlakçıların hüquqlarının qorunması üçün "Lombardlar haqqında” qanun layihəsi hazırlanıb və 2019cu il sentyabrın 30-da Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. Qanun layihəsini üçüncü oxunuşa hazırlamaqdan ötrü işçi qrupu yaradılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...