Rövnəq Abdullayev Mişel Platini ilə görüşdü

Rövnəq Abdullayev Mişel Platini ilə görüşdü

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın prezidenti Mişel Platini ilə görüşüb.

"Trend" AFFA-ya istinadən məlumat verir ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı UEFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə UEFA-nın baş katibinin müavini Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...