Leyla Əliyeva Şuşaya şeir həsr etdi

Leyla Əliyeva Şuşaya şeir həsr etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

“Qafqazinfo” xəbər verir ki, səfərdən sonra L.Əliyeva Şuşadakı təəssüratları ilə bağlı şeir yazıb. Şeiri ruscadan dilimizə Aydan Xəndan tərcümə edib:

Sehirli bülbülə bənzəyən çiçək
Doğma dağlarımın qoynun bəzəyər,
Cənnət guşəmizdən uzaqda, görən,
Necə yaşamışam bu uzun illər?!

Dünyaya sığacaq yadlar, yerlilər
İçimdə həsrətlə gündüz, gecələr
Səndən ayrı qalıb, dərdini çəkib
Necə yaşamışam bu uzun illər?

Şeirlər yaradır məna, qafiyə
Bu yolda çalışmaq, öyrənmək gərək
Könlümün içindən gələn sətirlər
Qüsurlu olsa da, həqiqət gizlər.

Vətəndən ayrılmış, lal olan dillər
Göz yaşı axıdıb, çox dərd çəkdilər.
Ey sehirli diyar, sənin yolunda
Dualar səsləndi, coşdu ümidlər.

Ey sehirli diyar, yuxumda bir gün
Dağların üstündən uçan quş gördüm.
Ruhumda gül açdın, sən Xarı bülbül,
Necə darıxmışdım bilsən səninçün!

Allahım böyükdür, adildir hökmü
Evinə dönəcək şükür insanlar!
Bu şeirim mükəmməl olmasa belə,
Ürəyi böyüklər məni anlayar.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
85 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...