Şamaxı-İsmayıllı yolunda hərəkət iflic oldu - FOTOLAR

Şamaxı-İsmayıllı yolunda hərəkət iflic oldu -
Güclü qar nəticəsində səhər saatlarından Şamaxı-Muğanlı-İsmayıllı yolu bağlanıb.

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda qeyd olunub.

Vətəndaşlar bildirir ki, yolun buz bağlaması səbəbi ilə xeyli sayda avtomobil yolda qalıb:

“Artıq iki gündür Şamaxı, İsmayıllı rayonlarına yağan qar yollarda nəqliyyatın hərəkətini iflic edib. Xüsusilə də İsmayıllı-Muğanlı yolunda yağan güclü qar sürücülərə ciddi problemlər yaradıb. Səhər saatlarından şaxtalı hava səbəbindən yolun bir hissəsi bağlanıb.

Enişli-yoxuşlu yollarda 100-ə yaxın sürücü maşınını əlacsız olaraq yolda qoyub və piyada gedib. Bəzi nəqliyyat vasitələri isə sürüşərək yoldan kənara çıxıb”.

Redaksiyamıza göndərilən fotoları təqdim edirik:

Şamaxı-İsmayıllı yolunda hərəkət iflic oldu -
Şamaxı-İsmayıllı yolunda hərəkət iflic oldu -
Şamaxı-İsmayıllı yolunda hərəkət iflic oldu -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...