Qızılağac Milli Parkında yaralananların müalicəsi davam edir

Qızılağac Milli Parkında yaralananların müalicəsi davam edir
"27 yanvar 2021-ci il tarixində gecə saatlarında Qızılağac Milli Parkının Kiçik Körfəz ərazisinə icazəsiz daxil olan və ova cəhd edən naməlum şəxslər xidməti vəzifələrini yerinə yetirən milli parkın əməkdaşlarına atəş açıb".

APA-nın məlumatına göər, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyerlər mühafizə yegerləri Ceyhun Mustafayev, Zahir Bəşirov və sahə müfəttişi Natiq Rzazadəyə bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb: "Yaralanan mühafizə işçiləri Lənkəran rayon Mərkəzi Xəstəxanası yna yerləşdirilib və hazırda müalicələri davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Daha ətraflı məlumat araşdırmadan sonra veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...