İkinci devalvasiya olarsa, bank sektoru buna tab gətirə biləcəkmi?

İkinci devalvasiya olarsa, bank sektoru buna tab gətirə biləcəkmi?


“Mən artıq çoxdan deyirəm ki, bank sistemində islahatlar aparılmalıdır”

Vahid Əhmədov: “Borclu kreditlərin artmasında əlbəttə, məsuliyyəti banklar daşıyır”


Bu fikirləri PİA.AZ-a millət vəkili Vahid Əhmədov son zamanlar Azərbaycan bank sektorunundakı vəziyyəti şərh edərkən deyib. Xəbər verdiyimiz kimi, 2015-ci il geosiyasi və iqtisadi baxımdan qeyri-stabil keçir. Bu qeyri-stabiliyin nəticələri bizim region da daxil olmaqla, bütün dünyada hiss olunur. Dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanın bank sektoruna da təsir edir. Ona görə də son günlər ən çox müzakirə edilən mövzulardan biri bank sektorunda müşahidə edilən problemlərdir. Banklardakı əsas problemlərdən biri kimi maliyyə çatışmazlığı göstərilir. Maliyyə qıtlığı ilə üzləşən banklar yerli filiallarını bağlamağa başlayıblar. Son zamanlar Azərbaycanın bank sistemində ixtisarlar barədə, həmçinin problemli kreditlərin artması ilə bağlı məlumatlar da yayılmaqdadır.

Bəs ümumiyyətlə Azərbaycan bank sektorunun vəziyyətini necə dəyərləndirmək olar və baş verənlərdə, xüsusilə də problemli kreditlərin artmasında Azərbaycan banklarının həddindən artıq yüksək faizlə kredit verməsi rol oynayıbmı və ölkədə ikinci devalvasiya olarsa, bank sektoru buna tab gətirə biləcəkmi, yoxsa ölkənin maliyyə kredit qurumları tamamilə iflas edəcək?

Vahid Əhmədov: “Cənab prezidentin dediyi kimi, kimliyindən asılı olmayaraq bu insanlar məsuliyyətə cəlb olunmalıdırlar”
Bu mövzunu PİA.AZ-ın əməkdaşı Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovla müzakirə edib. Millət vəkili qeyd edib ki, milli valyutamız birbaşa neftdən asılı olan valyutadır. Əgər neftin qiyməti dünyada bazarında 40 dollardan aşağı düşərsə, əlbəttə müəyyən problemlər yarana bilər:


“Dünyada iqtisadi proseslər daha da güclənir. Ətrafımızda sanksiyalar, yəni Rusiya ərtafında olan sanksiyalar, milli valyutanın devalvasiyası, ümumiyyətlə bütün bunların olması bank sisteminə təsirsiz ötüşə bilməz. Ona görə də, bank sisteminin özündə müəyyən islahatlar aparmağa ehtiyac var. Mən artıq çoxdan deyirəm ki, bank sistemində islahatlar aparılmalıdır. Düzdür bu islahatlarla bağlı Mərkəzi Bank tərəfindən müəyyən addımlar atılıb, amma hesab edirəm ki, bu addımlar azdır və daha ciddi islahatlara ehtiyac var. Elə etmək lazımdır ki, bank sistemində vəziyyət normal olsun. Yəni bank sisteminin işindən Azərbaycan iqtisadiyyatının vəziyyəti çox asılıdır. Bank sistemində istər sahibkarların normal fəaliyyət göstərməsi üçün, istər valyuta bazarında normal şərait olması üçün bank sistemində vəsaitlər olmalıdır. Bankın dövriyyə vəsaiti olmalıdır ki, əhali normal vəziyyətdə fəaliyyət göstərə bilsin. Son vaxtlar əmanətlərdə müəyyən problem yaranır. Yəni əmanətlər əsasən dollarla saxlanılır, manatın da hardasa 25-75%-i dolardır. Bütün bunların qarşısın almaq üçün islahatlar aparıb, müəyyən addımlar atmaq lazımdır. Yenə qeyd edirəm bank sistemi bu islahatlara başlayıb, amma bunu daha təsirli etmək lazımdır.

“Mərkəzi Bank tərəfindən müəyyən addımlar atılıb, amma hesab edirəm ki, bu addımlar azdır və daha ciddi islahatlara ehtiyac var”

Ümümiyyətlə borclu kreditlərin artmasında əlbəttə, məsuliyyəti banklar daşıyır. Bank verdiyi şəxlə müqavilə imzalayanda baxmalıdır ki, bu krediti qaytara biləcək, ya qaytara bilməyəcək. Bunu həm hüquqi, fiziki şəxs başa düməlidir, həm də banklar. Amma ilbəil problemli kreditlərin sayı artır. Bunlar araşdırılmalı və qəti qərar qəbul edilməlidir. Cənab prezidentin dediyi kimi, kimliyindən asılı olmayaraq bu insanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Azərbaycanda 1.4 milyona yaxın problemli kreditlər var. Bu da çox böyük məbləğdir. Bu bank sisteminə çox böyük mənfi təsir göstərir, həmçinin valyuta bazarına da, sahibkarlığın inkişafına da. Yəni bunları araşdırmaq lazımdır. Ümumiyyətlə bəlkə bank sisteminin özündə problem var. Bu sistemə baxmaq lazımıdr. Bəlkə doğrudan da, bank sisteminə müəyyən qədər vəsait vermək lazımıdır, müəyyən qədər proqramları həyata keçirmək lazımdır hansı ki, o proqramlar Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb edir. Yəni bank sistemində çox işlər görmək lazımdır. Dünyada elə bir ciddi iqtisadi proseslər gedir ki, bunlar da Azərbaycana təsirsiz ötüşə bilməz. Yəni biz bunların qarşısını almalıyıq. Son vaxtlar cənab prezidentin verdiyi sərəncamlar da, fərmalar da ondan ötrüdür ki, Azərbaycanda normal iqtisadi vəziyyət olsun, sahibkarlığa problem yaranmasın və s. Yəni bütün bunlar sarmaşıq kimi,bir- birinə bağlı məsələlərdir. Bir dənə bank sistemin düzəltməklə olmur. Digər sahələr də hamısı elə tempdə inkişaf etməlidir ki, problem yaranmasın.

Vahid Əhmədov: "Bank sisteminin işindən Azərbaycan iqtisadiyyatının vəziyyəti çox asılıdır"

Mən bu yaxınlarda devalvasiya gözləmirəm, çünki Azərbaycanın kifayət qədər ehtiyatı var. O cümlədən də biz dövlət büdcəsin 2016-ci il üçün təsdiq edəndə, Mərkəzi Bankın İdarə Heyətinin sədrləri də çıxış etdi və biz də bütün hallarda təsdiq etdik ki, 1 dollar 1 manat 5 qəpik səviyyəsində qorunub saxlanılsın. Amma milli valyutamız birbaşa neftdən asılı olan valyutadır. Əgər neftin qiyməti dünyada bazarında 40 dollardan aşağı düşərsə, əlbəttə müəyyən problemlər yarana bilər. Ona görə də manat haqqında fikir demək çox çətindir. Bu gedən proseslərdən asılıdır. Əvəllər 2-5 illik proqnozlar verilirdisə, indi yalnız bir illik proqnozlar verilir. Yəni dünyada çox çiddi siyasi, iqtisadi dəyişikliklər gedir deyə, əvvəldən proqnozlar vermək çox çətindir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1016 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...