Buradan laqeyd keçməyin: Yol kənarında fındıq satan müharibə iştirakçısı var

Buradan laqeyd keçməyin:
Vətən müharibəsi başlayan günədək həyətində yetişdirdiyi məhsulları yol kənarında satmaqla ailəsini dolandıran qəhrəman, döyüşlərin başladığı ilk günlərdən orduya qatılıb.

Bakıdan İsmayıllı, eləcə də digər şimal-qərb rayonlarına hərəkət edən yolçular yəqin ki, avtomobil yolunun kənarında duraraq lində fındıq satan bu gənci görüblər. Onu görənlər və tanıyanlar üçün təkrarda fayda var deyək, tanımayanlar üçünsə tanıdaq.

Şamaxı rayonu, Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev. Vətən müharibəsi başlayan günə qədər həyətində yetişdirdiyi məhsulları yol kənarında satmaqla ailəsini dolandıran qəhrəmanımız, döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına qatılıb.

Teyyub Nağıyevin Sputnik Azərbaycan-ın müxbiri Rəşad Kərəmoğluna bildirdiyinə görə, müharibənin ilk günlərində Goranboy rayonu, Ağcakənd istiqamətində N saylı hərbi hissəyə göndərilib. Orada 3 gün qaldıqdan sonra Talış kəndi istiqamətində gedən döyüşlərə yollanıb.

"Talış istiqamətində döyüşlərdə iştirak etmişəm. Həmin kənd alınandan sonra, Suqovşan istiqamətində döyüşlərə qatılmışam. Daha sonra Murovdağ istiqamətindəki döyüşlərdə iştirak etmişəm. 2020-ci ilin dekabrın 31-də müvafiq sərəncamla ehtiyata buraxılmışam", - deyə Nağıyev bildirib.

O, müharibədən qayıdandan sonra yenidən öz işinin başına dönüb. Yol kənarında mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur.

Qəhrəmanımız döyüşlərdən qayıdandan bir neçə gün sonra iş üçün Şamaxı rayon Məşğulluq Mərkəzinə müraciət edib. Onu dərhal qeydiyyata alıblar. Ötən həftə isə ona 3 baş iribuynuzlu inək verilib. Günün bir neçə saatını yol kənarında məhsul satmaqla qazanc əldə edən Teyyub Nağıyevin ən böyük arzusu sevdiyi peşə ilə məşğul olmaq və evinin yarımçıq qalan tikintisini tamamlamaqdır.


Buradan laqeyd keçməyin:
Buradan laqeyd keçməyin:
Buradan laqeyd keçməyin:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...