Azərbaycan-Ermənistan sərhədindəki GƏRGİNLİK: Moskva qərar verəcək

Azərbaycan-Ermənistan sərhədindəki GƏRGİNLİK:
Son günlər Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Naxçıcan istiqamətlərində yaşanan və insan ölümü ilə nəticələnən gərginlik Moskvanı narahat edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sərhəddəki gərginliklə bağlı Moskva Yerevan və Bakı ilə kontaktları intensivləşdirib.

Bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Arşak Karapetyan Moskvaya səfər edib. O, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə sərhəddəki durumu müzakirə edəcək.

Paralel olaraq, yaxın günlərdə Ermənistanın digər əsas strukturlarının, o cümlədən, Milli Təhlükəsizlik Xidməti rəhbərinin də Moskvaya səfər edəcəyi gözlənilir. Kreml sərhəddə baş verən gərginliyin yaranmasında məhz Yerevanı təqsirli bilir. Kreml bunu üçtərəfli razılşamanın bəndlərinin reallaşdırılmasını pozmaq yaxud ləngitmək üçün erməni tərəfinin atdığı addım sayır. Ermənistanın yüksək ranqlı şəxslərinin Moskvaya çağırılması məhz bu məsələ ilə bağlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...